23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublikada suvarmanı mütəşəkkil həyata keçirmək məqsədilə tərtib edilmiş qrafikə uyğun olaraq nasos stansiyalarında, hidrotexniki qurğularda təmir-bərpa işlərinin aparılması, kanallarda, arxlarda, kollektor və drenaj kanallarının lildən təmizlənməsi ötən dövrdə də diqqət mərkəzində saxlanılıb. Sututarlarda tələb olunan təmir işləri aparılıb və suvarma suyundan istifadəyə nəzarət artırılıb.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası ərazisində olan Arpaçay Su Anbarına 130,8, Heydər Əliyev Su Anbarına 32,7, Bənəniyar Su Anbarına 15,4, Uzunoba Su Anbarına 7,2, Sirab Su Anbarına 4,6 milyon kubmetr olmaqla, ümumilikdə, sututarlara 195,3 milyon kubmetr su ehtiyatı yığılıb.
Su istifadəçilərinə 225,8 milyon kubmetr su verilib, bunun müqabilində 188 min 273 hektar torpaq sahəsi suvarılıb.
Cari aylarda 189 kilometr beton və torpaq kanal, 252 kilometr ara arxlar lildən təmizlənib, 62,7 kilometr yeni suvarma boru xətti, 9 kilometr yeni içməli su xətti çəkilib, 17 kilometr suvarma boru xətti, 46,6 kilometr içməli su xətti təmir-bərpa olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR