23 Dekabr 2024, Bazar ertəsi

Bakıda Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forum çərçivəsində Azərbaycan­-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş tərkibdə iclası keçirilib. Tədbirdə hər iki ­ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Foruma Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də qatılıb.
Forumda sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələr olmaqla, 7 istiqamət üzrə keçirilən dəyirmi masa və plenar iclaslarda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, nazirliyin sektor müdiri, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Prestij-Naxçıvan Pivəsi”, “Ordubad Qənnadı Məmulatları”, “Gəmiqaya Mineral Sular”, “Böyrək Suyu” Məhdud Məsuliyyətli cəmiyyətlərinin və “Xalaoğlu” müəssisəsinin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada muxtar respublikanın istehsal imkanları və ixrac potensialının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı və ixrac potensialına dair geniş məlumatlar verilib, həmçinin “Caspian Energy” jurnalının Naxçıvana həsr olunmuş 2017-ci il buraxılışı və muxtar respublikada sənaye sektorunda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrinin kataloqları forum iştirakçılarına təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR