23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada əlverişli biznes və sa­hibkarlıq mühitinin yaradılması iqtisadi inkişafda özəl bölmənin gücünü bir neçə dəfə artırıb.

Ötən dövr ərzində dövlət maliyyə dəstəyi hesabına yaradılan istehsal sahələri öz məhsulları ilə daxili bazarda yüksək imic formalaşdırıb, ərzaq təhlükəsizliyinə töhfələr veriblər. Bir sözlə, zamanında idxal hesabına ödənilən tələbat indi Naxçıvanda istehsal olunan məhsullar vasitəsilə qarşılanır. Bu isə muxtar respublikanın sürətli sosial-­iqtisadi inkişafının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, 2018-ci ilin ötən dövrü ərzində Babək rayonunda istehsal müəssisələrinin fəaliyyəti genişlənib, 8 yeni müəssisə fəaliyyətə başlayıb. Ötən aylarda yaradılan yeni istehsal sahələrindən biri də Hacıvar kəndində yerləşir. Emal müəssisəsi fiziki şəxs İlqar Mirzəyevə məxsusdur. Burada keçi və inək qatığı, şor, kəsmik, qaymaq olmaqla, ümumilikdə, 7 növdə ağartı məhsulu istehsal olunur.
Sahibkar Culfa rayonunun Kırna kəndində yeni heyvandarlıq təsərrüfatı qurub və xammal həmin yerdən müəssisəyə çatdırılır. İlqar Mirzəyevin sözlərinə görə, emal olunan məhsullar qısa bir vaxtda daxili bazarda rəğbət qazana bilib. Burada yeni iş yerləri açılıb, 2 nəfərin məşğulluğu təmin olunub.

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR