23 Dekabr 2024, Bazar ertəsi

Sentyabr ayının 27-də Naxçıvan Biznes Mərkəzində Beynəlxalq Ticarət Mərkəzinin (İTC) dəstəyi ilə Avropa İttifaqına məhsul ixracı imkanları, bazar tələbləri, müasir marketinq alətləri, beynəlxalq sərgilərdə iştirak qaydaları və daha yaxşı nəticələrin əldə edilməsi mövzularında təlim təşkil edilib.
Təlim müddətində marketinq və təbliğat işinin təşkili, logistika və nəqliyyat imkanlarından səmərəli istifadə, məhsulların qablaşdırılması, məhsul istehsalına dair beynəlxalq standartlar, Avropa istehlakçılarının tələbləri və bu kimi bir çox məsələyə dair müzakirələr aparılıb və beynəlxalq təcrübə haqqında sahibkarlar məlumatlandırılıblar.
Mərkəzin dəstəyi ilə 2018-ci il 21-25 oktyabr tarixlərdə Paris şəhərində keçiriləcək “Sial-Paris” beynəlxalq qida sərgisində muxtar respublikadan iştirak edəcək 4 şirkətin nümayəndələrinə alıcı şirkətlərlə biznes görüşlərin təşkili qaydaları və səmərəli təbliğat işinin qurulması sahəsində tövsiyələr verilib.
Təlimdə Amerika Birləşmiş Ştatlarının “Konsaltinq” şirkətinin vitse­-prezidenti, ixrac üzrə ekspert Şon Dulin və Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycan üzrə layihə rəhbəri Eldar Adilzadə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR