23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib.
Ötən dövrdə sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində istehsal müəssisələrinin sayı artıb, yerli məhsulların növ və çeşidinin həcmi yüksələn xətt üzrə inkişaf edib. Bu da, öz növbəsində, ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmini artırıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin ilin ilk 8 ayının sosial-iqtisadi yekunlarına dair açıqladığı hesabatda qeyd olunur ki, muxtar respublikada 2018-ci ilin yanvar-avqust aylarında 1 milyard 757 milyon 595 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3872 manatı ötüb.

Qeyd edək ki, muxtar respublikanın ümumi daxili məhsul istehsalında sənaye məhsulları mühüm paya malikdir. Çünki ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Ona görə ki, enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Bunun üçün muxtar respublikamızda mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Bu sahəyə göstərilən dövlət qayğısı sənayenin inkişafına lazımi şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişafına yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Əvvəlki dövrlərdə olduğu kimi, 2018-ci ilin ötən dövründə də sənaye məhsulları istehsalının ümumi daxili məhsul istehsalında liderliyini müşahidə edirik. Belə ki, statistikaya görə, ilin ilk 8 ayında muxtar respublikada sənaye üzrə 726 milyon 450 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR