23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2018-ci ilin yanvar-avqust aylarında 1 milyard 757 milyon 595 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3872 manatı ­ötmüşdür.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 726 milyon 450 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 646 milyon 45 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 608 milyon 606 min manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2018-ci ilin yanvar-avqust aylarında 293 milyon 730 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 13969 tona, süd istehsalı isə 67148 tona çatmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,9 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.

 * * *

Bu ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 34 milyon 428 min 500 manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,7 faiz çoxdur. Bu dövr ­ərzində mobil rabitə xidmətinin dəyəri 28 milyon 292 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,1 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 35 milyon 419 min 700 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,7 dəfə çoxdur. Verilmiş kreditlərin 3 milyon 697 min 900 manatı və yaxud 10,4 faizi qısa­müddətli, 31 milyon 721 min 800 manatı və yaxud 89,6 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 382 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 sentyabr 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 77030-a çatmışdır ki, bunun da 68093-ü və ya 88,4 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-avqust aylarında açılmış 11828 bank hesabının 11703-ü aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2018-ci il tarixə 1270-ə çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2018-ci ilin yanvar-avqust aylarında 317 milyon 620 min 300 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 285 milyon 194 min 600 ABŞ dolları təşkil etmiş, 252 milyon 768 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2018-ci ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 430 manata çatmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

* * *

1 avqust 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3481 nəfər artaraq 454 min 613 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR