23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikamızda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, onların normal fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bunun nəticəsidir ki, artıq diyarımızda güclü sahibkarlar dəstəsi formalaşıb. Onlar yaradılan şəraitdən səmərəli istifadə edir, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət sahələri yaradılır.

Sentyabrın 22-də Naxçıvan şəhərində “Evim AVM” ticarət mərkəzinin açılışı olub. Bu, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın və xidmət sektorlarının inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir. “Evim AVM”də müştərilərə yüksək­keyfiyyətli mebel dəstləri, elektronika məhsulları, xalça məmulatları, yataq dəstləri və başqa məişət əşyaları təklif olunur. Məhsullar yüksək standartlara uyğun olaraq Türkiyə Respublikasının 50-dən çox firması tərəfindən istehsal edilib.
Onu da bildirək ki, 3 mərtəbəli ticarət mərkəzi Naxçıvan şəhərinin “Təbriz” küçəsində yerləşir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR