Ordubad rayonunun Çənnəb kəndində bir neçə sosial obyekt tikilir, kənd məktəbi yenidən qurulur.
İkimərtəbəli kənd mərkəzinin tikintisi başa çatdırılıb. Mərkəzdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana və digər təşkilatlar yerləşəcək.
Yenidənqurma işləri aparılan 180 şagird yerlik məktəb binasının sinif otaqlarının əsaslı təmir işləri yekunlaşdırılıb, qapı və pəncərələr dəyişdirilib. Binaya daxildən və xaricdən müasir dizayn verilib. Hazırda binanın ərazisində abadlıq işləri aparılır.
Birmərtəbəli xidmət mərkəzinin inşasında isə tikinti işləri əsasən yekunlaşdırılıb. Burada təsərrüfat malları və ərzaq mağazaları, ət satışı yeri, bərbər, dərzi sexi və qadın gözəllik salonu üçün otaqlar ayrılıb.
Məlumat üçün qeyd edək ki, hər üç quruculuq tədbiri Naxçıvan “Əcəmi” Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.
Xəbərlər şöbəsi