23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Şahbuz rayon əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar yaradıb. Həmçinin ərzaq məhsullarının da yerli istehsaldan əldə olunması istiqamətində rayonda mühüm tədbirlərin həyata keçirilməsi daxili bazarda məhsul bolluğuna səbəb olub.
Rayonda 2017-ci ildə 2659 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 1834 hektarını dənli və dənli-paxlalılar (qarğıdalısız), 1 hektarını dən üçün qarğıdalı, 10 hektarını dən üçün günəbaxan, 164 hektarını tərəvəz bitkiləri, 9 hektarını ərzaq üçün bostan bitkiləri, 424 hektarını kartof, 139 hektarını çoxillik otlar, 64 hektarını birillik otlar, 14 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edib. Sahələrdən 4993 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 22,9 ton dən üçün günəbaxan, 7407 ton kartof, 2897 ton tərəvəz, 113 ton ərzaq üçün bostan məhsulları, 8162 ton meyvə, 182 ton üzüm toplanılıb.

Ötən il rayonda cari ilin məhsulu üçün 1408 hektar sahədə dən üçün payızlıq səpin aparılıb ki, bunun da 1356 hektarı buğda, 2 hektarı arpadır.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının artmasına müsbət təsir göstərib. Belə ki, 1 yanvar 2018-ci il tarixə rayonda bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 21 min 845, qoyun və keçilərin sayı isə 117 min 941 baş olub.
2017-ci ildə rayonda diri çəkidə 3072 ton ət, 14 min 862 ton süd, 13 milyon 498 min 800 ədəd yumurta, 397 ton bal, 178,2 ton yun istehsal edilib. Ümumilikdə, ötən il kənd və balıqçılıq təsərrüfatlarında 50 milyon 299 min 700 manatlıq məhsul istehsal edilib.
Əkilən ərazilərin vaxtında suvarılması məqsədilə meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb, rayonun Kiçikoba kəndində suvarma boru xətlərinin tikintisi başa çatdırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR