Son illərdə muxtar respublikada yeni elektrik stansiyaları tikilib istifadəyə verilib, yarımstansiyaların, elektrik verilişi şəbəkələrinin davamlı fəaliyyəti təmin olunub. Bu sahədə görülən işlərin nəticəsidir ki, elektrik enerjisinə tələbat daxili istehsal hesabına ödənilir. Əldə edilən nəticələr muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin bəhrəsidir. Smartkarttipli sayğacların quraşdırılmasının davam etdirilməsi enerji israfçılığının qarşısının alınmasında əhəmiyyətli rol oynayıb.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsindən aldığımız məlumatda bildirilir ki, ötən il Naxçıvan şəhərində əhali abonentlərinin mənzillərində 5800 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 20 min 800-ə çatdırılıb. Bundan əlavə, muxtar respublika paytaxtında elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilib, əhali arasında maarifləndirici tədbirlər aparılıb.
Xəbərlər şöbəsi