Ordubad şəhərindəki 24 mənzilli, 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır.
Ötən ilin sonlarından bu işlərə başlanılması həmin binada yaşayanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. Yeni quruculuq tədbirini “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Qısa müddət ərzində binanın fasadına yeni suvaq örtük çəkilib, pəncərələri dəyişdirilərək plastik pəncərələrlə əvəz olunub, çardağı yenidən qurularaq üzərinə dəmir örtük vurulub.
Hazırda binanın zirzəmi hissəsində təmir işləri aparılır, yeni istilik sistemi qurulur. İnşaatçılar öhdəsinə götürdükləri təmir işlərini vaxtında və keyfiyyətlə başa vurmaq üçün səylərini əsirgəmirlər. Bunun üçün onlara hərtərəfli şərait yaradılıb.
Xəbərlər şöbəsi