Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizə və karantin şöbəsi və Bitki Mühafizə Stansiyasının mütəxəssisləri Ordubad rayonunda kartof əkini sahələrinə baxış keçirmiş, sahələrdə zərərvericilər müəyyən edilmiş, kartofun əsas zərərvericisi olan kalorado böcəyinə qarşı kimyəvi mübarizə aparılması haqqında sahibkarlara məsləhətlər verilmişdir. Sahibkarlara çatdırılacaq preparatlar kənd icra nümayəndəliklərinə təqdim olunmuş, kalorado böcəyi və ona qarşı mübarizə tədbirlərinin aparılması, preparatın hazırlanması və tətbiq olunması haqqında bukletlər paylanmışdır.
Sahibkarları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti