Şərur rayonunda əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək üçün cari ilin 9 ayı ərzində məqsədyönlü tədbirlər həyata keçirilib.
Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, 8 ədəd DS200 tipli, 36 ədəd NGN ATS-lərə malik telekommunikasiya şəbəkəsi olan idarə bəhs olunan dövrdə stansiya və xətt qurğularının istismarı, əhaliyə müxtəlif növ rabitə xidmətlərinin göstərilməsi üzrə fəaliyyətini davam etdirib. Bundan başqa, yeni sosial obyektlər inşa olunan kəndlərdə paylanma şəbəkələrinin tamamilə qurulması işlərini həyata keçirib. Qış mövsümündə rabitə vasitələrinin dayanıqlı iş rejiminin təmin edilməsi məqsədilə idarə tərəfindən müvafiq zəruri tədbirlər görülüb.
Hesabat dövründə 420 abonentə stasionar telefon, 13 ədəd Naxtel telefon çəkilişi aparılıb. 482 abonentin isə sürətli, genişzolaqlı internet şəbəkəsinə qoşulması təmin edilib.
Məlumatda o da bildirilir ki, bu ilin 9 ayı ərzində 420 telefon çəkilişindən 12 min 600 manat, abonent haqlarından 249 min 372 manat yığılıb. Bundan əlavə, şəhərlərarası telefon danışığından 88 min 326, digər rabitə xidmətlərindən 19 min 972 manat əldə edilib. Hesabat dövründə 87 min 525 manatlıq internet kartı satışı, 2 min 375 manatlıq isə sürətli internet xidməti göstərilib. Ümumilikdə, əhaliyə 460 min 235 manatlıq rabitə xidməti həyata keçirilib.
Xəbərlər şöbəsi