22 Dekabr 2024, Bazar

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin təşkilatçılığı ilə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi, taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların mövsümə hazırlığı ilə bağlı seminar-müşavirə keçirilmişdir.
Torpaq mülkiyyətçilərinin və fermerlərin iştirak etdikləri müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin baş dövlət texniki nəzarət müfəttişi Zərrab Əfəndiyev, Bitkiçilik, toxumçuluq, aqrokimyəvi xidmət şöbəsinin müdiri Ədalət Hüseynov, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəis müavini Etibar Məmmədov, Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi Mirtaleh Seyidov çıxış edərək seminar-müşavirənin məqsədindən danışmışlar. Qeyd olunmuşdur ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin strateji əhəmiyyətli məhsulların yanğından qorunması və biçin zamanı yanğın təhlükəsizliyi tədbirlərinə düzgün əməl olunmasının təmin edilməsidir.
Vurğulanmışdır ki, rayonlarda taxıl biçini kampaniyasını mütəşəkkil keçirmək və optimal müddətdə başa çatdırmaq, taxıl biçini zamanı yanğın təhlükəsi ilə qarşılaşmamaq üçün mexanizatorlar, fermerlər, torpaq mülkiyyətçiləri sahələrdə çalışan bütün texnikaların sazlığına fikir verməli, zəmilərdə alışdırıcı maddələrin istifadəsinə qadağa qoymaq kimi bir sıra qabaqlayıcı tədbirlər görməlidirlər. Bundan başqa, kombaynlara şum traktorları təhkim edilməli, biçin aparılan sahələrin kənarları şumlanmalı, biçində iştirak edən bütün texnikalar su çənləri, yaşıl süpürgə, yanğınsöndürmə balonları ilə təmin olunmalı, tarlalarda işləyən texnikaların mühərrikləri tez-tez yoxlamalardan keçirilməlidir.
Sonda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli kitabçalar təqdim olunmuş, yanğınsöndürmə balonlarından istifadə qaydaları əyani olaraq izah edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR