23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması diqqət mərkəzində saxlanılıb. Belə ki, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbulu, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 15 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Bununla bağlı nazirliyin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyev bildirib ki, operativ nəzarət tədbirləri zamanı 12 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 5 vergi ödəyicisi tərəfindən isə xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar­lanıb. 58 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları qeydə alınıb.
Bundan başqa, 18 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti göstərdiyi məlum olub, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Aparılan operativ nəzarət işləri zamanı tətbiq olunan 7120 manat məbləğində inzibati cərimə və maliyyə sanksiyası məbləğləri tamamilə büdcəyə ödənilib.
Bəhs olunan dövrdə vergidən yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 8 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb, müşahidələr zamanı əvvəlki dövriyyələrlə müqayisədə 8805,62 manat dövriyyə artımına nail olunub. Hər bir obyekt üzrə orta hesabla ay ərzində 22 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi təmin edilib.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR