23 Dekabr 2024, Bazar ertəsi

Aqrar sahənin inkişafı əhalinin etibarlı ərzaq təminatında mühüm şərtdir. Bu sahədə istehsal olunmuş məhsullardan qışda da əhalinin istifadə edə bilməsi üçün anbar təsərrüfatının rolu böyükdür. Çünki ilin bütün fəsillərində yerli məhsullarımız olan meyvə-tərəvəzə tələbat vardır. 

Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların ilboyu yüksək keyfiyyətlə saxlanılması və bazarlara təklif olunmasına xidmət edən soyuducu anbarların yaradılması Naxçıvan Muxtar Respublikasında torpaq mülkiyyətçiləri, fermerlər və fiziki şəxslərlə yanaşı, həm də əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Belə ki, məhsulun yetişdiyi və tədarükü vaxtı onun sərfəli qiymətlərlə alınaraq anbarlarda saxlanılması bazarda qiymət tənzimlənməsinə kömək edir, eyni zamanda istehsalçıların öz işini genişləndirməsinə stimul yaradır.
Qeyd edək ki, anbar kompleksləri regional inkişafın bir göstəricisidir. Belə ki, soyuducu anbarlar, əsasən, idxal deyil, yerli məhsullar hesabına doldurulur. Muxtar respublikada kartof, soğan, alma, armud, şaftalı, kələm, sarımsaq kimi məhsulların istehsalının həcmi ilbəil artır. Bundan əlavə, həmin məhsulların daşıma xərclərini aşağı salmaq üçün soyuducu anbarların regionun müxtəlif yerlərində olması da vacib məqamlardan biridir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən hazırda regionda Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və özəl investisiya hesabına yaradılan anbarların sayı 31-ə, onların ümumi tutumu isə 14 min 30 tona çatdırılıb.
Nazirlikdən onu da bildirdilər ki, hər il olduğu kimi, 2017-ci ilin ötən dövrü ərzində də əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə belə məhsulların soyuducu anbarlara tədarükü nəzarətdə saxlanılıb. 23 ok­tyabr 2017-ci il tarixədək kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkar­ların fəaliyyətinin stimullaşdırılması məqsədilə soyuducu anbarlara muxtar respublikada istehsal edilmiş 3360 tondan çox məhsul tədarük olunub. Bu qədər məhsulun 2403 tondan çoxunu kartof, 570 tondan çoxunu soğan, 204 tondan çoxunu alma, 137 tona yaxınını şaftalı, 40 tonunu ərik, habelə kələm, sarımsaq və üzüm məhsulları təşkil edir. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 860 tona yaxını satılıb.
Məlumatda deyilir ki, muxtar respublikada soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə anbarlar istehsalçılara icarəyə verilir. Belə ki, soyuducu anbarlarda icarə olaraq 378 ton məhsul saxlanılmaqdadır. Hazırda muxtar respublikamızın müxtəlif bölgələrində soyuducu anbarlara məhsul tədarükü davam etdirilir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR