23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində sərnişindaşıma xidməti ilə məşğul olan sürücülər üçün seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əliyevin, Elxan Novruzovun, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cəfər Zamanovun çıxışları olub.
Çıxışlarda bildirilib ki, muxtar respublika Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar avqustun 26-da keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı bir sıra işlər görülüb. İlk növbədə, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha nəzərdən keçirilib, qrafiklər daha da təkmilləşdirilib. Xətlərə çıxan avtobus və taksilərin Daxili İşlər Nazirliyi ilə birlikdə texniki müayinələri təşkil olunub. Müəyyən edilən nasazlıqlar aradan qaldırılıb, avtobus sürücülərinə lazımi köməkliklər göstərilib.
Qeyd edilib ki, sərnişin və yük daşınmaları ilə məşğul olan sürücülərin başlıca vəzifələrindən biri də avtomobillərini vaxtında texniki müayinədən keçirməkdir. Bu məqsədlə müntəzəm olaraq reydlər təşkil edilib, avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, marşrutlarda hərəkət qrafikinə nəzarət artırılıb. Qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitəsi sahibləri aşkar edilib, intizama tabe olmayan 66 nəfərin siyahısı tədbir görülməsi üçün muxtar respublika Daxili İşlər Nazirliyinə göndərilib.
Sentyabr ayı ərzində müəyyən olunmuş qaydalara əməl etməyən 9 taksi sürücüsü haqqında müvafiq tədbirlər görülüb və onların fəaliyyəti 4 gün müddətinə dayandırılıb.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR