23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada avtomobil nəqliyyatı infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması, mülkiyyət növündən asılı olmayaraq, nəqliyyat sahəsinə daxil olan qurumların fəaliyyətinin günün tələblərinə uyğun qurulması və səmərəliliyinin artırılması sahəsində işlər davam etdirilir. Bu ilin 9 ayı ərzində muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi üçün aid şəxslər arasında söhbətlər aparılmış, ayda bir dəfə Naxçıvan Şəhər Nəqliyyat İdarəsində muxtar respublikada sərnişin daşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə seminar-müşavirələr təşkil edilmiş, qarşıya qoyulan vəzifələr geniş müzakirə olunmuşdur. Sürücülərin muzeylərlə tanışlığına diqqət daha da artırılmış, muzeylərdə taksi sürücülərinin seminar məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunmuşlar.

İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə 2017-ci ilin 9 ayı ərzində Naxçıvandan Bakıya 16 min 697, Bakıdan Naxçıvana isə 18 min 22 sərnişin daşınmışdır.
Muxtar respublika Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar avqustun 26-da keçirilən müşavirədə verilən tapşırıqların icrası diqqət mərkəzində saxlanılmış, sərnişindaşıma fəaliyyəti göstərən avtobus və taksilərin texniki müayinəsi keçirilmiş, fəaliyyətdə olan 135 marşrut xəttində 298 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir. Həmçinin payız-qış aylarında avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni nəsil texnologiyalarından istifadə edilməsi davam etdirilməkdədir. Belə ki, Naxtel-4G GPS monitorinq izləmə sistemi ­Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslarda quraşdırılmışdır. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR