23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın bir sıra ünvanlarında mənzil tikintisi, mövcud binaların yenidən qurulması və ya əsaslı təmiri aparılır. Belə qayğıdan dağlıq bölgəmiz olan Şahbuz rayonuna da xeyli pay düşüb.
Hazırda rayonun Badamlı qəsəbəsində mövcud olan iki ictimai yaşayış binasında əsaslı təmir işləri aparılır.
Məlumat üçün bildirək ki, həmin binalar sovet dönəmində qəsəbədə fəaliyyət göstərən “Badamlı” mineral sular zavodunda çalışan işçilər üçün inşa edilib. Sonrakı dövrlərdə həmin binalarda ancaq cari təmir işləri aparılıb. Bir aydır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Babək Rayon İdarəsinin inşaatçıları həmin binalarda əsaslı təmir işlərinə başlayıblar. Ötən müddət ərzində binaların dam örtükləri və qapı-pəncərələri yenilənib, mənzillərin balkonları isə yenidən qurulub. Hazırda binadaxili suvaq işləri həyata keçirilir, fasad hissələrdə beton üzləmə tədbirləri görülür. Kommunikasiya xətləri yenilənir.
İdarənin briqadiri Rasim Səfərovun sözlərinə görə, əsaslı təmir işlərini vaxtında başa çatdırmaq üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. Onlar bu şəraitdən səmərəli istifadə edir, gördükləri işin keyfiyyətli olmasına ciddi diqqət yetirirlər.
Əsaslı təmir işləri başa çatdırıldıqdan sonra ərazidə abadlıq işləri aparılacaq, gülkarlıqlar salınacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR