23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda sa­hibkarlıq mühitinin formalaşması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. İllər öncə ət məhsullarına olan tələbatın az bir hissəsi yerli istehsal hesabına ödənilirdisə, bu gün daxili bazarda yüksəkkeyfiyyətli ət məhsulları istehsal edilir. Belə müəssisələrdən biri – “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir. 2013-cü ilin may ayında Babək rayonunun Qoşadizə kəndi ərazisində “Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksi” istifadəyə verilmişdir. Müəssisənin yaradılmasında başlıca məqsəd daxili bazarı yüksəkkeyfiyyətli, rəqabətədavamlı ət və ət məhsulları ilə təchiz etməkdən ibarət olub.
Ötən günlərdə bu müəssisədə olduq. Öyrəndik ki, istehsal sahəsində 14 çeşiddə kolbasa və sosiska istehsal edilir. Keyfiyyətli məhsul istehsalı üçün Türkiyədən, Avstriyadan, İtaliyadan avadanlıqlar alınıb. Müəssisə gündə bir ton ət məhsulu istehsaletmə gücünə malikdir. İstifadə olunan xammalın 80 faizi yerli məhsullardır.

Buradakı ət kəsimi və saxlama, kolbasa istehsalı sexlərində, pərakəndə satış mağazasında, ümumilikdə, 25 nəfər çalışır. Müəssisənin daim təzə ətlə təmin edilməsi üçün ayrı-ayrı rayonlarda fəaliyyət göstərən fermer və fərdi sahibkarlar ilə əlaqələr yaradılıb. Xammal müxtəlif yaşayış məntəqələrinin sakinlərindən bazar qiymətlərinə uyğun olaraq alınır. Ət normalara uyğun qaydada soyuducu anbarlarda mənfi 18, hazır məhsul isə müsbət 8-10 dərəcəli xüsusi kameralarda saxlanılır. İstehsal olunan bütün məhsullar ölkədaxili sertifikatlarla təmin olunub. “Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksi”nin illik istehsal gücü dana əti istehsalı üzrə 1500 ton, çəkilmiş ət 70, quzu əti 800, məhsullar üzrə sümüksüz ət 700, ciyər 80, əla növ kolbasa 180, sardelka 100, sosiska 180, Naxçıvan kolbasası 160 ton, servelat isə 70 kiloqramdır. Müəssisə rəhbəri artıq çiy dönər sifarişləri də qəbul etdiklərini bildirir. Burada gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvanın kəsimini həyata keçirmək mümkündür. Müəssisədə müxtəlif dondurucu temperatura malik 8 soyuducu kamera yaradılıb.
Müasir tехnоlоji аvаdаnlıqlаr quraşdırılmış müəssisədə istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. İstehsal olunan məhsulun ayrı-ayrı ticarət obyektlərinə çatdırılması məqsədilə alınmış soyuducu kameralı xüsusi avtomaşınlardan səmərəli istifadə olunur.
Burada ət və ya hazır məhsul lаbоrаtоr аnаlizdən keçirildikdən sonra satışa burахılır.
“Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılan ət və ət məhsulları аlıcılаr tərəfindən rəğbətlə qаrşılаnır. Ayrı-аyrı ticаrət şirkətlərindən аlınаn sifаrişlər də dаdı-tаmı ilə sеçilən bu yеrli məhsulа tələbаtın çох оlduğunu göstərir. Kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanı yaradır. Bu məhsullar əhalinin və dövlət tərəfindən təminatı həyata keçirilən qapalı müəssisələrin tələbatını tamamilə ödəyir. Gələcəkdə burada istehsal olunan məhsulların ölkəmizin digər regionlarında satışı və xarici bazarlara çıхаrılmаsı da plаnlаşdırılır.
Ət məhsulları kompleksində olarkən ayrı-ayrı rayonlardan kəsim üçün iribuynuzlu və xırdabuynuzlu heyvanlar gətirmiş fermer və fərdi sahibkarlardan Sabir Əliyev, Xuda­yar Vəliyev, Muxtar İbrahimov qeyd etdilər ki, son illər muxtar respublikamıza gətirilən və lizinq yolu ilə sahibkarlara verilən damazlıq düyələr ətlik və südlük cins mal-qaranın artımına səbəb olub. Kəsimə verilən ətlik cins mal-qaranın orta hesabla hər birinin 500-600 kiloqram əti gəlir ki, bu qədər əti hər hansı bir kənd yaşayış məntəqəsində və ya rayon mərkəzində 2-3 günə satıb qurtarmaq qeyri-mümkün idi. Nəticədə, məhsul zay olurdu. Belə bir kompleksin istifadəyə verilməsi ilə problem aradan qaldırılıb, sahibkar istədiyi vaxt təsərrüfatındakı ətlik heyvanları kompleksə təhvil verib ətin müqabilində pulunu alır. Eyni zamanda sahibkar əgər, sadəcə, kəsim üçün müraciət edibsə, kəsilən heyvanın əti müəssisənin balansında olan xüsusi maşınlarla sifarişçilərin ünvanlarına çatdırılır. Bundan başqa, müəssisənin nəzdində fəaliyyət göstərən firma mağazasının xidmətlərindən istifadə edən alıcılar da ət məhsulları kompleksinin istehsal və xidmət baxımından yüksək şəraitə malik bir müəssisə olduğunu bildirirlər.
Onu da qeyd edək ki, muxtar respublikamızda istehsal olunan məhsullara təkcə yerli əhali tərəfindən deyil, buraya gələn qonaqlar tərəfindən də böyük maraq göstərilir.
Muxtar respublikada sahibkarlığın inkişafına yaradılan şərait əhalinin ərzaq məhsulları ilə təminatına öz töhfələrini verib. Bu prosesdə haqqında bəhs etdiyimiz istehsal müəssisəsinin də əməyi vardır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR