23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin ötən dövrü ərzində 258, o cümlədən 66 ərzaq, 5 meyvə-tərəvəz, 1 ət satışı, 8 ətriyyat-kosmetika, 5 tikinti, 6 təsərrüfat, 2 taxıl və taxıl məhsullarının satışı, 62 ictimai iaşə, 92 təhsil müəssisəsinin iaşə obyekti və 11 istehsal müəssisəsində maarifləndirici istiqamətdə monitorinqlər aparılıb, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş tədbirlər nəticəsində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 6 min 348 manat dəyərində ərzaq və qeyri-ərzaq malları ticarət dövriyyəsindən çıxarılaraq məhv edilib.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsidir. Belə ki, əhali tərəfindən daha çox istehlak olunan malların, o cümlədən ərzaq malları, tikinti materialları və tərəvəz məhsullarının orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meyilləri barədə məlumatların toplanılması və təhlili məqsədilə muxtar respublikanın şəhər və rayonlarında monitorinqlər davam etdirilib, ümumilikdə, 2 min 728 adda, o cümlədən 1019 adda ərzaq və 1709 adda qeyri-ərzaq məhsullarının qiymətləri nəzarətdə saxlanılıb. Muxtar respublikada istehsal olunan və satılan ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmasının qarşısının alınması məqsədilə, həmçinin bir sıra ərzaq məhsulları istehsalçıları, iri ticarət obyektləri və bazarların rəhbərləri ilə müntəzəm olaraq görüşlər təşkil edilib.
Bundan əlavə, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması, istehlakçıların seçim imkanlarının artırılması məqsədilə ənənəvi bazarlarla müqayisədə daha ucuz qiymətə sənaye və kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdir. Yarmarka dövründə istehsalçılar tərəfindən istehlakçılara ümumi dəyəri 1 milyon 206 min 300 manat dəyərində 813 ton kənd təsərrüfatı və sənaye məhsullarının satışı həyata keçirilib. İstehlak bazarında dövriyyədə olan ərzaq məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin laborator şəraitdə qiymətləndirilməsi məqsədilə müasir cihaz və avadanlıqlarla təchiz edilmiş “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin qida sınaq laboratoriyasının müvafiq qaydada “İSO-17025” standartı üzrə Latviya Respublikasının Milli Akkreditasiya Bürosu (LATAK) tərəfindən akkreditasiyadan keçirilməsi təmin olunub.
Məlumatda o da bildirilir ki, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksik­oloji göstəricilərinin yoxlanmasıdır. Bu məqsəsdlə 432 halda idxal, 1040 halda yerli istehsal mallarından nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyasında təhlil olunub. Aparılmış analizlərin nəticələrinə əsasən 15 halda məhsulun keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi müəyyən edilib. Belə məhsulların istehsalçısı və idxalçısı barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR