23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında, əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, emal müəssisələrinin xammalla təchiz edilməsində kənd təsərrüfatı məhsulları istehsalının mühüm rolu var. Ona görə də muxtar respublikada aqrar sektorun inkişafına ciddi önəm verilir, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalının həcmi ilbəil artır.
Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur.
Bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin etmək üçün soyuducu anbarların mühüm rolu vardır. Xüsusən kənd təsərrüfatı məhsullarının saxlanılmasında anbarlar vacib funksiyanı həyata keçirir. Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların şəxsi vəsaiti hesabına Naxçıvanda soyuducu anbarlar inşa olunur. Soyuducu anbarların yaradılması həm məhsulların qorunub saxlanılaraq istehlakçıya çatdırmağa, eyni zamanda bu məhsulların ixracını daha da artırmağa imkan verir.

Naxçıvanda bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, istər soyuducu anbar, istərsə də istixana təsərrüfatlarının yaradılması sahəsində müsbət nəticələr əldə olunmuş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar fəaliyyət göstərir.
Muxtar respublikada qış mövsümündə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə soyuducu аnbаrlаrа məhsul qəbulu davam edir. Tədarük başlayan dövrdən 21 avqust 2017-ci­ il tаrixədək soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş 1624,89 ton məhsul tədarük olunmuşdur. Bunun da 1497,08 tonu kartof, 76,37 tonu soğan, 8,6 tonu alma, 40,04 tonu ərik, 2,8 tonu kələm məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 200,3 tonunun satışı həyata keçirilmişdir.
Əhalinin qış aylarında faraş tərəvəz məhsulları ilə təmin olunması da mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqətin nəticəsində muxtar respublikada 127 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 21 istixana təsərrüfatı fəaliyyət göstərir.
2017-ci ilin ötən dövrü ərzində istixana komplekslərində 497 ton məhsul istehsal olunaraq istehlak bazarının davamlı təchizatını təmin etmişdir. Bunun 298 tonunu pomidor, 187 tonunu xiyar, 12 tonunu digər tərəvəz məhsulları təşkil etmişdir.
Bu məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılmış, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 45 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilmiş və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi ­müəyyənləşdirilmişdir.
İstixanalarda yetişdirilən və bazara çıxarılan bütün növ meyvə-tərəvəz məhsullarının təhlükəsizlik göstəricisi olan nitratların yoxlanılması nitrat test vasitəsilə mütəmadi olaraq davam etdirilmiş, 1250 halda meyvə-tərəvəz məhsullarında nitrat göstəricisi yerindəcə yoxlanılmışdır.
Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR