23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada səhiyyə sistemində həyata keçirilən islahatlar bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu gün muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Tikilən yeni xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb.
Səhiyyə sahəsində aparılan quruculuq tədbirlərinin davamı olaraq hazırda Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının yenidən qurulması davam etdirilir. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən binanın çardaq hissəsi yenilənir, interyer dizaynına yeni elementlər əlavə olunur. Bundan başqa, inşaatçılar fasad hissənin müasir üslubda üzlənməsini də həyata keçirir, binanın kommunikasiya xətlərini dəyişdirir, həyətdə abadlıq işlərinə hazırlıq görürlər.

Qeyd edək ki, şəhərimizin “İstiqlal” küçəsindəki yaşayış binalarından bir neçəsində də yenidənqurma işləri aparılır. 45 mənzillik 79 nömrəli və 36 mənzillik 113 nömrəli binalarda əsaslı təmir işləri başa çatmaq üzrədir. Binalarda elektrik, rabitə, su, qaz xətləri yenisi ilə əvəz edilib, smartkarttipli qaz sayğacları quraşdırılıb. Hər iki binanın zirzəmisinin torpağı çıxarılıb, mülki müdafiə məqsədilə təmir olunub. 113 nömrəli binanın eni 3 metr artırılıb. Ərazidə abadlıq işləri də aparılacaq. Həmin küçədəki 56 mənzillik 121 nömrəli bina da əsaslı təmir edilir. Hazırda binanın fasad hissəsində suvaq işləri görülür.

Şəhərimizin Həsən Əliyev küçəsindəki 2 nömrəli binada da yenidənqurma və təmir işləri yekunlaşmaq üzrədir. Binanın eni 3,6 metr artırılıb, su, kanalizasiya, rabitə və elektrik xətləri yenilənib.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR