23 Dekabr 2024, Bazar ertəsi

Daşınmaz əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi, muxtar respublikada torpaqlardan təyinatı üzrə səmərəli istifadəsinə dövlət nəzarətinin gücləndirilməsi 2017-ci ilin ilk altı ayında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi məqsədilə ötən 6 ayda Naxçıvan şəhəri üzrə 4216, Şərur rayonu üzrə 878 daşınmaz əmlak obyekti plana alınmışdır. Həmçinin Naxçıvan şəhər inzibati ərazi vahidinə daxil olan bütün bələdiyyələrin, Ordubad rayonu üzrə 15 bələdiyyənin, Culfa rayonu üzrə 10 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri elektron variant­da hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır.

Şərur, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarının yay otlaqlarının xəritəsi, Babək və Kəngərli rayonlarının dövlət ehtiyat fondu və qış otlaq sahələrində yerləşən əkinəyararlı torpaq sahələrinin yerquruluşu planı hazırlanaraq istifadə üçün aid dövlət qurumlarına təqdim edilmişdir. Şərur rayonu üzrə 16, Babək rayonu üzrə 26 bələdiyyənin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazır­lanaraq uçotu aparılmışdır. Muxtar respublikanın geoloji və faydalı qazıntı xəritələri, sənaye xəritəsi, Naxçıvan şəhəri üzrə inzibati ərazi dairələrinin bölgü sxemi, Naxçıvan şəhərinin 1, 2, 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin yerquruluşu planı, Ordubad rayonunun Düylün, Çənnəb, Üstüpü və Məzrə kəndlərinin avtomobil yollarının planı hazırlanaraq aid təşkilatlara göndərilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bənd­lərinin icrası məqsədilə Şərur rayonunun Çomaxtur, Şahbuz rayonunun Kiçikoba, Ordubad rayonunun Düylün, Sədərək rayonunun Sədərək kəndlərində yerli icra nümayəndələrinin və bələdiyyələrin iştirakı ilə əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması və torpaqlardan səmərəli istifadə ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir.
İlin birinci yarısında daşınmaz əmlakın dövlət reyestrində 2432 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 1873 texniki sənəd hazırlanmışdır. Yeni yaranmış 410 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Vətəndaşların rahatlığını və işlərin operativ təşkilini təmin etmək üçün muxtar respublikanın 46 yaşayış məntəqəsində 404 vətəndaşa səyyar xidmət göstərilmişdir. Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərə 147 müraciət daxil olmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada icra edilmişdir.
Muxtar respublikanın torpaq fondundan səmərəli istifadəyə dövlət nəzarətinin gücləndirilməsi və vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasında operativliyin təmin edilməsi istiqamətində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi səylərini daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR