23 Dekabr 2024, Bazar ertəsi

 Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində 2008-ci ildən fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət davam etdirilir. 

Cəmiyyətdən verilən məlumata görə, cari ilin 6 ayı ərzində mərkəzdə 77 mal çeşidini əhatə edən 1033 səyyar və 1099 halda mal nümunəsi laboratoriya analizindən keçib, aparılmış laboratoriya təhlilləri, əsasən, 773 yerli istehsal məhsullarını və 326 idxal məhsullarını əhatə edib. Həmçinin 429 halda hüquqi və 670 halda fiziki şəxslər tərəfindən daxil olmuş 1099 halda mallardan nümunələr götürülərək kеyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə lаbоrаtоriyаda аnаliz оlunub, nəticədə, 1092 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 7 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Bundan əlavə, qeyd olunan dövrdə “Təchizat” ASC-yə 179,12 ton iribuynuzlu heyvan dərisi məhsulunun Türkiyə Respublikasına ixracı üçün 7 halda, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-yə 139,957 ton “Lay-lay” vafli məhsulunun Gürcüstan, Türkiyə və İraqa ixracı üçün 6 halda, “Gəmiqaya Şirkəti” MMC-yə 8350 ton sement məhsulunun Gürcüstan Respublikasına ixracı üçün 5 halda, 45,275 ton “Badamlı” mineral suyunun Birləşmiş Ərəb Əmirliklərinə ixracı üçün 2 halda, “Naxçıvan Sement Zavodu” MMC-yə 275 ton qipsolet lövhənin Gürcüstan Respublikasına ixracı üçün 1 halda, Naxçıvan “Şirvanşahlar Xarici Əlaqələr” Assosiasiyasına 5,8 ton PVC ayaqqabı altlığının ölkəmizin paytaxtı Bakı şəhərinə ixrac etməsi üçün 2 halda, “Babək Sirab” ASC-yə 98,381 ton “Sirab” mineral suyunun Türkiyə və İraqa ixracı üçün 4 halda olmaqla, cəmi 81 halda mənşə sertifikatı verilib.
Məlumatda o da qeyd olunur ki, İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən Mərkəzi qida sınaq laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, cəmiyyətin Mərkəzi qida sınaq laboratoriyasının 2017-ci il üçün İSO 17025:2005 standartı üzrə beynəlxalq akkreditasiyasının tələblərinin icrası və nəzərdə tutulmuş tədbirlər davam etdirilir. Bu məqsədlə bağlanmış razılıq protokoluna əsasən 26-27 sentyabr 2017-ci il tarixlərdə LATAK akkreditasiya orqanının ekspertləri tərəfindən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyasının İSO/İEC 17025:2005 standartı üzrə beynəlxalq akkreditasiyası istiqamətində yekun audit yoxlamaları keçiriləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR