23 Dekabr 2024, Bazar ertəsi

Yeni infrastruktur “bir dayanacaq” prinsipinə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kompleksi­dir. Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla sərnişin və minik, iki zolaqla yük-nəqliyyat vasitələri hərəkət edəcək. Sərnişin keçid zalları kompleksin ortasında – üçmərtəbəli inzibati binanın birinci mərtəbəsindədir. Gömrük nəzarəti zonasında sərnişinlərin hərəkəti üçün tunellər yaradılacaq, yaşıl və qırmızı kanallar formalaşdırılacaq. Yük xətti, əsasən, rəsmiləşmə zalı və anbar binasından ibarətdir. Tranzit və idxal istiqamətində gələn və əks-istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti bir-birindən ayrı nəzərdə tutulub. Yük xətti üzərində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirməkdən ötrü X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulub.
Qanunvericiliyə əsasən, gömrük nəzarətindən güzəştli qaydada keçməli olan şəxslərə xidmətin göstəriləcəyi binada və yeməkxanada, anbar və rəsmiləşdirmə zalının tikinti işləri artıq yekunlaşdırılıb. Hazırda inzibati binanın, o cümlədən keçid zallarının tikintisi davam etdirilir. Kompleksin ərazisində əlavə yardımçı binalar da inşa olunacaqdır.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR