23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən aprel ayında nəzərdə tutulan tədbirlər vaxtında yerinə yetirilmişdir.
Suvarma mövsümünü mütəşəkkil keçirmək məqsədilə sututarlarına suvarma suyunun doldurulması davam etdirilmişdir.
Hazırda su anbarlarında 260 milyon kubmetrdən artıq su ehtiyatı vardır. Bu dövrdə 9 kilometr magistral kanal, 45 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənmiş, 2 kilometr yeni suvarma boru xətti çəkilmiş, 7 kilometr suvarma boru xətti və 10 kilometr içməli su xətti təmir edilmişdir.
Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançayda, Cəhriçayda, Arpaçayda və Qahab selovunda 4 kilometrə yaxın istiqamətləndirici bənd tikilmişdir.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Layihəyə uyğun olaraq Şərur şəhərində 4198 metr su xətti çəkilmiş, 30 ev birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR