23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhər sakinləri ­Orxan Babayev ilə Şəbnəm Abdullayevanın ailəsində mayın 4-də Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini – Babayev Fərhad Orxan oğlu anadan olmuşdur.
Mayın 10-da – ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Doğum Mərkəzində bu münasibətlə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov körpənin anası Şəbnəm Abdullayevaya övladının Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini olması ilə bağlı arayış təqdim edib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov uşağın sağlamlığı haqqında məlumat verərək deyib ki, 3 kiloqram 800 qram çəkidə doğulan uşaq tam sağlam şəkildə dünyaya gəlib və inkişaf prosesi normal qaydada gedir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikanın 450 mininci sakini ilə bağlı tədbirin ümummilli liderin anadan olmasının 94-cü ildönümünün təntənəli şəkildə qeyd olunduğu bir gündə keçirildiyini vurğulayaraq deyib ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan alternativsiz inkişaf yolu bu gün muxtar respublikamızda müvəffəqiyyətlə davam etdirilir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunub. Son illər muxtar respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə insanların yüksək rifah halının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər də ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf modelinin sosialyönümlü səciyyəsindən irəli gəlir. Muxtar respublikamızın paytaxtında olduğu kimi, rayonlarda, ən ucqar kəndlərdə belə, ən müasir infrastrukturun qurulması, mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılması muxtar respublikada demoqrafik artıma özünün müsbət təsirini göstərib. Məhz bunun nəticəsidir ki, ötən 8 il ərzində muxtar respublikada əhalinin sayı 400 mindən 450 min nəfərə çatıb.
Rəhman Məmmədov uşağın anasını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin adından təbrik edərək ona mükafat təqdim edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikanın 450 mininci sakininə hədiyyələr veriblər.
Valideyn Şəbnəm Abdullayeva göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR