Muxtar respublikanın enerji təhlükəsizliyində yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatı xüsusi yer tutur. Bu səbəbdən də “Naxçıvanqaz” İstehsalat Birliyi təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılmasını diqqətdə saxlayır, istehlakçılar fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilir.
2017-ci ilin birinci rübündə muxtar respublikada 123 yeni mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır. Bu zaman 3885 paqonometr uzunluğunda dəmir borulardan istifadə olunmuşdur. Təbii qaz istehlakçılarının fasiləsiz və təhlükəsiz qazla təchiz olunması məqsədilə korroziyaya uğrayan qaz kəmərləri yeniləri ilə dəyişdirilmiş, 4559 qaz sızması aşkarlanaraq aradan qaldırılmış, təbii qazdan təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmə və izahat işləri aparılmışdır. Bu dövrdə Naxçıvan şəhərində 1390 smartkarttipli qaz sayğacı quraşdırılmışdır.
Şəhər və rayon qaz istismar idarələrinin işçiləri Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi ixtisasartırma kursuna cəlb olunmuşlar.
“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti