Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Yalçın Hüseynov çıxış edərək muxtar respublikada əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, əhalinin məşğulluğu ilə bağlı qəbul olunan dövlət proqramlarının uğurlu icrası Culfa rayonunda da öz bəhrələrini verməkdədir. Bölgədə yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Mərkəz tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova çıxış edərək bildirib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına işaxtaran əhalinin marağının artması bunu bir daha təsdiq edir.
Sonda yarmarkaya gələnlər onlara təqdim edilən vakant iş yerləri ilə tanış olublar. 14-ü özəl olmaqla, 26 təşkilatdan 138 boş iş yerinin çıxarıldığı yarmarkada 30 nəfərə işə göndəriş verilib, 3 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.
Qeyd edək ki, analoji tədbirlər Kəngərli və Şahbuz rayonlarında da keçirilib.
Nail Əsgərov