23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada aqrar sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərir. Görülən kompleks tədbirlər nəticəsində bu ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılması, toxum səpini və əkilmiş sahələrin suvarılması istiqamətində həyata keçirilən tədbirlərin sürəti artır. Bərəkətli və məhsuldar torpaq sahələri olan Şərur rayonunda da cari təsərrüfat ilinə uğurla başlanılıb.
Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günədək bölgə­də 1700 hektarda şum qaldırılıb, 381 hektar sahədə yazlıq əkin keçirilib. 47 hektarda tərəvəz, 90 hektarda yazlıq arpa, 80 hektarda dən üçün qarğıdalı, 2 hektarda noxud, 33 hektarda yem bitkiləri əkilib.
Rayonda kartof və soğan əkininə də maraq xeyli artıb. Hələlik 129 hektara kartof toxumu basdırılıb, 45 hektara isə soğan toxumu səpilib. Soğan əkilən ­sahələrin əksəriyyəti çiləmə üsulu ilə suvarılır.
Məlumatda bildirilir ki, torpaq mülkiyyətçiləri əlverişli keçən hava şə­raitindən istifadə edərək mövsümü uğurla başa çatdırmağa çalışırlar. Bütün bunlar belə deməyə əsas verir ki, rayonda yaz əkinləri optimal müddətdə başa çatdı­rılacaq və yüksək məhsul üçün zəmin yaradılacaqdır.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR