23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası cari ilin ilk üç ayında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Rüb ərzində daşınmaz əmlakın dövlət reyestrində 1159 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 880 texniki sənəd hazırlanmışdır. Vətəndaşların rahatlığını və işlərin operativ təşkilini təmin etmək üçün muxtar respublikanın 23 yaşayış məntəqəsində 179 vətəndaşa səyyar xidmət göstərilmişdir.

Bu dövrdə əmlakların real bazar dəyərinə uyğun qiymətləndirilməsi ilə əlaqədar 49 müraciət icra edilmiş, 285 əmlakın dəyəri məlumat bazasına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri arasında bölüşdürülməsi və torpaqdan istifadə vəziyyətinə dair dəyişikliklər və sahə kadastr məlumatları nəzərə alınmaqla torpaq balansı tərtib olunmuşdur.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın aid bəndlərinin icrası məqsədilə Şərur rayonunun Çomaxtur, Şahbuz rayonunun Kiçikoba, Ordubad rayonunun Düylün, Sədərək rayonunun Sədərək kəndlərində yerli icra nümayəndələrinin və bələdiyyələrin iştirakı ilə əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması və torpaqlardan səmərəli istifadə ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir. Naxçıvan şəhər inzibati ərazi vahidinə daxil olan bütün bələdiyyələrin, Ordubad rayon inzibati ərazi vahidinə daxil olan Aşağı Əylis, Yuxarı Əylis, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kələki, Unus, Dəstə, Dırnıs, Vənənd və Gənzə bələdiyyələrinin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanaraq Bələdiyyələrin Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilmişdir. Aza, Azadkənd, Üstüpü, Bist və Parağaçay bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Bundan başqa, Şərur, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarının yay otlaqlarının xəritəsi, Babək və Kəngərli rayonlarının dövlət ehtiyat fondu və qış otlaq sahələrində yerləşən əkinəyararlı torpaq sahələrinin yerquruluşu planı hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanına uyğun olaraq Naxçıvan şəhərinin 1 nömrəli sahə inzibati ərazi dairəsində müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə torpaq sahələrinin dəqiqləşdirilməsi işləri aparılmış, Şərur rayonunun Yengicə kəndində həyətyanı torpaq sahələrinin ölçülməsi işi davam etdirilmişdir.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivi muxtar respublikanın torpaq fondundan səmə­­rəli istifadə sahəsində fəaliyyətini daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR