23 Dekabr 2024, Bazar ertəsi

“Badamlı” suyuna artan tələbatı ödəmək üçün Şahbuz rayonunun Badamlı qəsəbəsində köhnə zavodun yerində daha bir zavodun inşasına başlanılıb.
Bu ilin avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulan zavod əvvəlkilərdən daha böyük və yüksək texniki imkanlara malik olacaq. Zavodun suyun mənbəyində qurulması məhsul istehsalının artmasına və onlarla qəsəbə sakini üçün yeni iş yerinin açılmasına zəmin yaradacaq.
Xatırladaq ki, 2009-cu ildən Naxçıvan şəhərində müasir Badamlı zavodu qurularaq istifadəyə verilib. Bu istehsal müəssisəsində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi yoxlanılır, ümumi analizləri aparılır, sonra keyfiyyətə zəmanət verilir. İstehsal prosesinin avtomatlaşdırıldığı müəssisədə standartlara uyğun, ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şahbuzda qurulan ikinci zavod isə istehsalın həcmini və çeşidini daha da artıracaq və muxtar respublikanın ixrac imkanlarını genişləndirəcək. Təsadüfi deyil ki, Naxçıvan bu gün ölkəmizin əsas mineral su ixracatçısı sayılır və “Badamlı” kimi “Sirab” mineral suyu da dünya bazarlarına çıxarılır.

Qeyd edək ki, ötən əsrin əvvəllərində aparılan tədqiqatlar nəticəsində aşkara çıxarılan bu sərvət 1947-ci ildən bəri istehsala cəlb edilərək süfrələri bəzəyir. Bu il “Badamlı” mineral suyunun istehsalından 70 il ötür. Yeni zavodun tikintisi bu mənada əlamətdar hadisədir.

Naxcivantv.az

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR