23 Dekabr 2024, Bazar ertəsi

Sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi əhəmiyyətli rol oynayır. Bu sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də torpaqların plana alınması və xəritələşmə işlərinin aparılmasıdır.
Həmin tədbirlərin uğurla həyata keçirilməsinə məsul olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi üçün yeni binanın istifadəyə verilməsi, komitə əməkdaşlarına hərtərəfli iş şəraitinin yaradılması, müəssisəyə yeni avadanlıq və çöl-ölçmə cihazlarının alınması bu istiqamətdə görülən işlərin keyfiyyətinə mühüm təsir göstərib.
Komitədən aldığımız məlumata görə, İsveçrənin “Leica Geosystems” firmasının istehsal etdiyi ən yüksək keyfiyyətə malik olan elektron taxeometrlərin və GPS cihazlarının alınması planaalma və xəritələşmə işlərinin, elektron kadastr xəritələrinin yüksək dəqiqlik və keyfiyyətlə hazırlanmasına şərait yaradıb. Belə ki, GPS avadanlığı yer üzərində dəqiq geodeziya əlaqələndirmə və oriyentirləmə işlərinin aparılmasına köməklik edir və aparılan ölçmə işlərinin əmək məhsuldarlığını 10-15 dəfə artırır. Bu isə köhnə üsulla aparılan geodeziya işlərindən dəqiqlik və vaxt itkisi baxımından fərqlənir.

Məlumatda qeyd olunur ki, hazır­da komitənin istifadəsində 1 ədəd əl GPS avadanlığı, 11 ədəd GPS, 15 ədəd elektron taxeo­metr, 4 ədəd lazerli məsafəölçən alətləri var. Bunlardan 1 ədəd əl GPS, 1 ədəd GS-14 markalı GPS, 3 ədəd TS-09 markalı taxeometr, 4 ədəd lazerli məsafəölçən aləti 2016-cı ildə alınmış ən müasir geodeziya avadanlıqlarıdır. Bu alətlər geodeziya işlərinin bütün sahələrində istifadə olunmaq üçün hazırlanıb. Yeni avadanlıqlar pro­qressiv texnologiyası ilə seçilir, geodeziya işlərinin aparılmasını çox yüngülləşdirir, xəritələşdirmədə, ərazilərin plana alınmasında və müxtəlif layihələrin yerə köçürülməsində xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, cari ilin mart ayında mütəxəssislər tərəfindən Naxçıvan şəhərində 292 hektar torpaq sahəsində mülkiyyət növündən asılı olmayaraq 595 konturda planalma işləri aparılıb, Şərur rayonunun Yengicə kənd yaşayış məntəqəsində isə 386 həyətyanı torpaq sahələri plana alınıb.
Qeyd edək ki, çöl-ölçmə işlərində çalışan mütəxəssislər xüsusi geyim formaları ilə də təmin ­olunublar.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR