Bina özünün müasir memarlıq quruluşu ilə seçilir. Zirzəmi ilə birgə 8 mərtəbəli yaşayış binasında 6 mənzil olacaq. Mənzillərin hər biri binanın 1 mərtəbəsini əhatə edəcək. Hər bir mənzilin sahəsi 220 kvadratmetrdir.
Birinci mərtəbə isə bütövlükdə xidmət sahəsi üçün ayrılıb. Artıq elektrik, su və rabitə xətləri çəkilib, dam örtüyü vurulub. Müasir layihə ilə tikilən binanın fasadı Naxçıvanda istehsal edilən təbii üzlük daşlarla üzlənib. Hazırda binada lift sistemi qurulur, ərazidə abadlıq işləri aparılır.
Yaşayış binasının tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.