23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında dəmir yolundan istifadə sahəsində ardıcıl tədbirlər görülür. Dəmir yolu infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, fevral ayında Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük-sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuşdur. Bu dövrdə Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 2160 ton müxtəlif təyinatlı yük və 11 min 113 sərnişin daşınmışdır.
Culfa Lokomotiv Deposunda lokomotivlər 4 dəfə texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda hesabat ayında 1 sərnişin vaqonu cari təmir edilmişdir. Defektoskop briqadası tərəfindən 192 kilometr baş yol, 39 kilometr stansiya yolları və 78 dəst yoldəyişən qurğu yoxlanılmışdır.

Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən fevral ayında Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və yolun 369-cu kilometrində yerləşən 4 saylı yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində və Naxçıvançay Təhlükəsizlik Komandasının inzibati binasında aparılan əsaslı təmir işləri, Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun isə tikintisi davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR