23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilir, marşruta buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkəti və texniki sazlığı diqqətdə saxlanılır.
Muxtar respublikada avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni nəsil texnologiyalarından istifadə edilməsinə başlanılmışdır. Belə ki, Naxtel-4G GPS monitorinq izləmə sistemi hazırda Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobuslarda quraşdırılmışdır. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir. Ümumilikdə, bu günə qədər 34 avtonəqliyyat vasitəsində bu sistem quraşdırılmışdır.

İran İslam Respublikasının ərazisindən keçməklə fəaliyyət göstərən Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə fevral ayında Naxçıvandan Bakıya 943, əks istiqamətdə isə 1023 sərnişin daşınmışdır. Muxtar respublika daxilində də sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilmiş, fəaliyyətdə olan 139 marşrut xətti üzrə rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilmişdir. Muxtar respublikada ötən ay ərzində 493 taksi əhaliyə xidmət göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR