23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublikada sərnişin­daşımada mühüm paya malikdir. Hava limanında aparılan quruculuq işləri sərnişin dövriyyəsinin artmasına və xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur.

Fevral ayında yerli hava xətti ilə 14 min 63 sərnişin, 194 min 253 kiloqram baqaj, 29 min 886 kiloqram yük və 2706 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 154 sərnişin, 1363 kiloqram baqaj, Naxçıvan-İstanbul reysilə 215 sərnişin və 1847 kiloqram baqaj daşınmışdır.

Bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilmiş, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilmişdir.

Naxçıvan Beynəlxalq
Hava Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR