23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılır. Fevral ayında da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada yaşayış məntəqələrinə fiber-optik kabel xəttinin çəkilməsi və sürətli internetə çıxış imkanının yaradılması sahəsində görülən işlər davam etdirilir. Fevral ayı ərzində muxtar respublikada, ümumilikdə, 770 metr fiber-optik kabel xəttinin tikintisi həyata keçirilmiş, Genişzolaqlı Asinxron Rəqəmli Abunəçi xətti texnologiyası vasitəsilə 454 yeni abunəçi internetlə təmin olunmuşdur.

Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması işi də fevral ayında davam etdirilmiş, nəticədə, 240 yeni telefon nömrəsi istismara verilmişdir. Bu dövrdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində 6 ümumi və 6 fərdi qrup yaradılmış, 55 dinləyicinin kompüter kurslarında iştirakı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR