23 Dekabr 2024, Bazar ertəsi

Martın 7-dən başlayaraq İran İslam Respublikasının Urmiya şəhərində beynəlxalq sərgi keçirilir. Sərgidə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və naxçıvanlı iş adamları iştirak ediblər.
Qida sənayesindən tutmuş əl işlərinədək Naxçıvanda istehsal edilən məhsullar 6 gün ərzində Urmiyada sərgilənəcək. Artıq öz işinə başlayan sərgidə Naxçıvan Biznes Mərkəzi ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən 15 şirkətin nümayəndə heyəti iştirak edir.
Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə qida sənayesi məhsulları, dərman preparatları, yüngül sənaye məhsulları, mebel və kənd təsərrüfatı məhsulları nümayiş etdirilir.
Qeyd edək ki, sərgidə iştirak edən 15 şirkətin 36 növdə və 226 çeşiddə məhsulu və muxtar respublika sənətkarları tərəfindən hazırlanan 62 əl işləri sənayesi məhsulu İran İslam Respublikasının əhalisinə təqdim olunur.

İranın Naxçıvandakı sərgisi və Naxçıvandan olan sahibkarların İranda təşkil olunan sərgilərdə iştirakları tərəflərin qarşılıqlı imkanlarından istifadə etmək üçün əlverişli şərait yaradacaqdır.
Sərgi martın 13-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR