23 Dekabr 2024, Bazar ertəsi

Yeni iş yerlərinin yaradılması və daimi məşğulluğun təmini yolu ilə əhali gəlirlərinin artırılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli nəticəsində cari ilin ilk aylarında da əhali gəlirlərinin artım dinamikası təmin olunub. Belə ki, 2017-ci ilin yanvar ayında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 103 milyon 537 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 230,4 manat təşkil edib. 

Əhali gəlirləri regional inkişafın mühüm göstəricisidir. Bunun diqqətdə saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən işlər sırasında sahibkarlığın inkişafı, məşğulluğun və özünüməşğulluğun təmin olunması üzrə tədbirlərin xüsusi rolu vardır. Sahibkarlığın inkişafı məqsədilə görülən işlər kimi özəl sektora kredit dəstəyinin artırılması, ixracqabiliyyətli sənaye və kənd təsərrüfatı məhsulları istehsalının təşviq olunması çox əhəmiyyətlidir. 2017-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş 1 milyon 74 min 200 manat məbləğində kredit özəl sektorda iqtisadi fəallığın və gəlirlərin artımına təsir edib. Belə ki, hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmində özəl bölmənin payı 87 faizdən çoxdur. Yerli xammaldan istifadə olunması ilə sənaye məhsullarının istehsalına diqqətin artırılması və qiymətlərin bazar tələbatına uyğunlaşdırılması bu sahəyə müsbət təsir edib. Bu baxımdan cari ilin ilk ayında 88 milyon 215 min 500 manatlıq həcmlə muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri tutan sənaye sahəsinin məşğulluğun təmin olunması və əhali gəlirlərinin formalaşmasında mühüm paya malik olduğunu deyə bilərik.

Əhali gəlirlərinin artırılmasında məşğulluq və xüsusən də ailə təsərrüfatları formasında özünü­məşğulluq mexanizminin mühüm rolu vardır. Naxçıvanda bu vacib məsələyə olan diqqət də əhali gəlirlərinin artımına təsir edib. Belə ki, istehsal müəssisəsi yaratmadan təşkil olunan bu məşğulluq forması kiçik və orta ölçülü biznesin ilkin rüşeymi kimi dünyanın güclü dövlətlərinin də iqtisadiyyatında mühüm yer tutur. Muxtar respublikada ailə biznesi yolu ilə istehsal olunan və ölkəmizin müxtəlif regionlarına, həmçinin xarici bazarlara göndərilən yüksəkkeyfiyyətli məhsulların satışından əldə olunan gəlirlər bu baxımdan əhəmiyyətli mənbədir. Ümumilikdə, əhali gəlirlərinin sabit artım dinamikasına təsir edən davamlı məşğulluq tədbirləri, xüsusən də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işaxtaranların məşğulluğunun təmin edilməsi, əmək bazarının tələbinə müvafiq olaraq tədbirlərin görülməsi də burada öz təsirini göstərən amillərdəndir.


Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR