23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifələrdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası getdikcə genişlənir. Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları, gübrə ilə təminatında bu qurum başlıca rol oynayır.
Cəmiyyətin və onun rayon filiallarının bazalarında olan mövcud texnikalar kənd təsərrüfatı sahəsində bütün aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Hər il muxtar respublikaya yeni texnikaların gətirilməsi, əkin sahələrinin gübrələrlə təmin olunması da diqqət mərkəzində saxlanılır.
Cəmiyyət 2016-cı ildə də öz fəaliyyətini uğurla davam etdirib, muxtar respublikaya traktor, kotan, otbiçən və digər kənd təsərrüfatı texnikaları olmaqla, 66 texnika gətirilib. Bəhs olunan dövrdə torpaq mülkiyyətçilərinə 4 min 905 ton gübrə verilib. 2017-ci ili də uğurla başa vurmaq üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərilir. Qeyd edək ki, ilin ilk 2 ayı ərzində 170 ədəd yeni texnika gətirilib, yaz əkinləri üçün torpaq mülkiyyətçilərinə 50 min tona qədər gübrə verilib.

Məlumat üçün bildirək ki, məhsul istehsalçılarına lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı hökumət tərəfindən əlavə güzəştlər müəyyən edilib. Belə ki, ilkin mərhələdə 20 faizi ödənilmək şərti ilə onlara texnikanın ümumi balans dəyərinin 40 faizi məbləğində güzəştlər tətbiq olunur. Qeyd edilən güzəştlər əvvəlki dövrlərdə satılmış kənd təsərrüfatı maşın və mexanizmlərinə də şamil edilir. Bütün bunlar isə insanların torpaqlardan səmərəli istifadəsinə, nəticə etibarilə, muxtar respublika sakinlərinin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR