23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır.
Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik mətbuata açıqlamasında belə deyib. Onun sözlərinə görə, Türkiyənin şərq vilayətlərinin tələbatını ödəmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər. Nazir deyib ki, bununla belə, Türkiyə Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun fəaliyyət göstərməlidir.
Türkiyənin Nazirlər Kabinetinin ötən il “Sərhədyanı ticarətin nizamlanması haqqında” qərar qəbul etdiyini xatırladan Faruk Çelik qeyd edib ki, bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: “Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallar gömrük rüsumlarından azad olunacaq. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında “birləşdirici halqa”dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir”.

 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR