23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə hər il fevralın 22-si ölkəmizdə avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dahi rəhbərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Son illər ölkəmizdə müasir avtomobil yolları çəkilmiş, dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı qurucu­luq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş, yeni körpülər tikilmişdir. Muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmiş, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunmuşdur. Son illər Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaratmış, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunmuşdur.

Son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulmuşdur. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. Ötən müddət ərzində ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Çeşməbasar-Boyəhməd, Hacıvar-Vayxır-Sirab və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istismara verilmişdir. Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda yol tikintisi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb... Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir... Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək”.
Muxtar respublikada qış аylаrındа yоllаrın qаr və buzdаn təmizlənməsi üçün istifаdə оlunаn tехnikаlаrın sаz vəziyyətə gətirilməsi, еhtiyаt hissələri ilə təminаt magistral və ucqаr kəndlərə hərəkətin fаsiləsizliyini təmin еtmişdir. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, muxtar respublikada mövcud olan 274 kilometr dövlət əhəmiyyətli və 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı­-çovğunlu günlərdə belə hərəkətin intensivliyi tam təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür”. Bu sahədə reallaşdırılan layihələrin əsas hədəfi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bütün bu işlərdə isə avtomobil yol işçilərinin üzərinə mühüm vəzifələr düşür. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin kollektivi mövcud imkanlardan səmərəli istifadə edərək bundan sonra da muxtar respublikanın yol-nəqliyyat infrastrukturunun inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR