23 Dekabr 2024, Bazar ertəsi

Son illər Naxçıvanda sahibkar­lığın inkişаfı istiqаmətində аrdıcıl, səmərəli və sistеmli tədbirlər görülüb, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılıb. Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə güzəştli kreditlər verilir, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələri maliyyələşdirilir.
Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatı fəaliyyətini verilən güzəştli kredit hesabına genişləndirir. Bu il təsərrüfatda plastik tara istehsalı sahəsi də yaradılacaq.

Naxçıvan şəhərində bir neçə ildir ki, karton tara istehsalı müəssisəsi fəaliyyət göstərir. Bu sahədə yeni müəssisələrin yaradılması da dəstəklənir. Təsadüfi deyil ki, fevralın 11-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çekləri təqdim edilib. Həmin güzəştli kredit alanlardan biri də “Xalaoğlu” kəndli-fermer təsərrüfatının sahibkarı Rafiq Əliyevdir. Sahibkar bildirir ki, götürdüyü kredit plastik tara istehsalı sahəsinin yaradılmasına sərf ediləcək: “Təsərrüfatda istehsal olunan məhsulların qablaşdırılması üçün xarici ölkələrdən plastik taralar alıram. Buna da çox vəsait ödəyirəm. Lakin mənə verilən 60 min manat kreditdən istifadə edərək plastik tara istehsalı sahəsi yaradacağıq. Yazda bunun üçün tikintiyə başlayacağıq. Yeni istehsal sahəsinin yaradılması üçün avadanlıqların sifarişi də verilib. Beləliklə də həm özümüzün tələbatını ödəyəcəyik, həm də verilən sifarişləri yerinə yetirəcəyik”.
Qeyd edək ki, müəssisədə qatıq, ayran, kərə yağı, dovğa və quş əti istehsal olunur. Eyni zamanda təsərrüfatda 120 baş qaramal saxlanılır. Süd məhsullarının istehsalı üçün təsərrüfat həm öz fermasından götürü­lən süddən, həm də ayrı-ayrı kənd­lərdən alınan süddən istifadə edir.
Ötən il burada 118 ton quş əti istehsal olunub. Hazırda isə 20 min baş quş saxlanılır.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR