23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanvar ayında fəaliyyətini gücləndirmiş, qarşıya qoyulmuş vəzifələrin icrasını nəzarətdə saxlamışdır.
Komitənin laboratoriyasında yoxlamadan keçirilən 1279 smartkarttipli məişət qaz sayğacının normativ göstəriciləri standarta uyğun olduğundan nişanlanmış, standarta uyğun olmayan 13 qaz sayğacı geri göndərilmişdir. Bu dövrdə istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi də diqqətdə saxlanılmış, yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 179 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Həmçinin ötən ay təsərrüfat subyektlərinə 142 uyğunluq sertifikatı və 3 təsdiqedici sənəd verilmişdir.

Muxtar respublikada xidmət müəssisələrində mövcud standartlara əməl olunması, aid qurumlarla birlikdə yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş “Muxtar respublikada əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə birgə Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə 49 istehsal və xidmət obyektində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 206 obliqat qrup işçinin hepatit virusuna qarşı qan müayinəsindən keçirilməsi təmin edilmişdir.
Qeyd olunan dövrdə 28 məktəbin bufetində, 4 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 11 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında, elektrik və qaz cihazlarının satışını həyata keçirən 52 təsərrüfat subyektində, 76 ictimai iaşə və xidmət sahəsində maarifləndirmə xarakterli monitorinqlər aparılmışdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR