23 Dekabr 2024, Bazar ertəsi

    Ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilib və 2017-ci ilin 1 yanvar tarixindən həmin dəyişikliklərin tətbiqinə başlanılıb. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də sabit verginin tətbiqi ilə bağlıdır.

     Sabit vergini ödəyən şəxslər fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxsləri əhatə edəcək. Bu ödəyicilər kiçik həcmdə gəlirlərə malik olan, məsələn, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan, fərdi yaşayış evlərində qulluqçuluq, sürücülük edən və sair analoji işlərlə məşğul olan şəxslərdir. Belə fəaliyyət növlərilə məşğul olan fiziki şəxslər vergi öhdəliklərini bəyannamə təqdim etmədən, kiçik sabit məbləğ ödəməklə həyata keçirəcəklər. Məcəlləyə həmin fəaliyyət növlərinin siyahısı və verginin dərəcələri də daxil edilib.

   Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən serqqapisi.az -a verilən məlumata görə, hər hansı bir fiziki şəxs fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla), toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri ilə məşğul olursa, aylıq olaraq Naxçıvan şəhəri üzrə 30 manat, digər rayon və kəndlərdə 15 manat; saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlərlə məşğul olan fiziki şəxslər Naxçıvan şəhəri üzrə 10 manat, digər rayon və kəndlərdə 5 manat; çəkməçi, pinəçi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Naxçıvan şəhəri üzrə 5 manat, digər rayon və kəndlərdə 2,50 manat; nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aylıq olaraq Naxçıvan şəhəri üzrə 20 manat, digər rayon və kəndlərdə 10 manat dövlətbüdcəsinə ödəməkləöz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdırlar.

Fiziki şəxslər qeyd edilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda həmin qəbzi hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar.

Qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxs aylıq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadığı təqdirdə maliyyə sanksiyası tətbiq edilir. Belə ki, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında, təqvim ili ərzində belə hallara iki və daha çox yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası nəzərdə tutulub. 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR