23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının daxili bazarını yerli məhsullarla təmin edən  “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan çörəklər yeni texnologiya ilə bişirilir. Son illər cəmiyyətə  Sahibkarlığa Kömək Fondundan əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə müəssisə müasir avadanlıqlarla təmin edilib. Eyni zamanda çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatik yeni xətt istifadəyə verilib. Burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir.

 Yeni bişirilən kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Satışa çıxarılan kəpəkli çörəyə tələbat artıb, ona görə də bu cür  çörək istehsalına keçid tam təmin olunub.  Yeni çeşiddə çörək istehsalı da  diqqət mərkəzində saxlanılıb. Müəssisədə  kəpəkli unla qarğıdalı ununun qarışığından hazırlanmış qarğıdalı çörəyi istehsal olunur. Eyni zamanda xəmirin yoğrulması və dinlənməsi prosesinin daha da təkmilləşdirilməsi məqsədilə müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bu avadanlıqların köməyi ilə çörək istehsalı zamanı istifadə olunan qıcqırtma tozu minimum həddə endirilib.   Bu üsulla bişirilən çörəyin saxlanma müddəti xeyli artıq olur.

Bundan başqa, müəssisə gündəlik gücü 15 ton olan süd məhsulları istehsalı sahəsi yaradıb. Müasir tələblərə cavab verən şəkildə istehsal olunan kərə yağı, pendir, qatıq və ayran daxili bazarın tələbatını ödəyir. Alıcıların tələbatı nəzərə alınaraq burada  xama istehsalına da başlanılıb. Nəticədə, muxtar respublikanın bu məhsullara olan tələbatı yerli istehsal hesabına təmin edilib.  

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR