Muxtar respublikada sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrinə yeni innovasiyaların tətbiqi daha da genişlənməkdədir. Belə gəlirli sahələrdən biri də yaradılan istixana kompleksləridir.
Muхtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin оlunmasında istiхana kоmpleksləri mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində bu gün muxtar respublikada 21 istiхana kоmpleksinin ümumi sahəsi 127.162 kvadratmetrdir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, 2017-ci ilin yanvar ayı ərzində istixana kompleksləri yerli bazarlara 44 tona yaxın məhsul çıxarıblar. Bunun 38,9 tonu pomidor, 4,2 tonu xiyar, 0,71 tonu digər tərəvəz məhsullarıdır.
Cari ilin ötən dövrü ərzində istixana komplekslərində kənd təsərrüfatı istehsalçıları tərəfindən yetişdirilən və satışı həyata keçirilən tərəvəz məhsullarından 21 halda səyyari və laboratoriya təhlilləri aparılıb və normativlərdən kənarlaşma olmadığı müəyyən edilib.
Xəbərlər şöbəsi