23 Dekabr 2024, Bazar ertəsi

Cari ilin ötən dövrü ərzində müasir texnologiyaların tətbiqi yolu ilə tələbatı idxal hesabına ödənilən, muxtar respublikanın rayon, qəsəbə və kəndlərinin xammal və əmək ehtiyatları nəzərə alınmaqla yeni istehsal sahələrinin yaradılması məqsədilə müxtəlif təyinatlı 92 layihənin sahibkarlara təqdimatı keçirilib.
İstehsal potensialının gücləndirilməsi istiqamətində 2017-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Fonduna təqdim olunan biznes-planların iqtisadi səmərəliliyi araşdırılıb və yaradılması səmərəli sayılan 12 layihə müəyyən edilib. Məqsədəmüvafiq hesab olunan sahələr, əsasən, nümunəvi fermer təsərrüfatını, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarını, bağçılıq, o cümlədən göycə bağının salınmasını, həmçinin arıçılıq məhsullarının istehsalı, tədarükü və satışını, plastik tara istehsalını əhatə edir.
Həyata keçiriləcək layihələrin reallaşdırılması məqsədilə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 345 min 900 manat olmaqla, ümumilikdə, 472 min manat investisiyanın yönəldilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR